Rusiyada 90 min rubla “RTX 5070 Ti” alan müştəri poçt məntəqəsində rüsvayçı fırıldaqla qarşılaşıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyada onlayn platformadan 90 min rubla (təxminən 1910 manat) son nəsil “RTX 5070 Ti” videokartı sifariş edən gənc aldığı məhsulu yoxlamaq üçün birbaşa çatdırılma məntəqəsində, təhlükəsizlik kameralarının qarşısında bağlamanı açıb. Lakin bağlamanın daxilindən çıxan əşya müştərini şoka salıb.
Məlumata görə, bahalı qrafik kartın qutusunu açan müştəri daxildə “RTX 5070 Ti” əvəzinə tamamilə fərqli və yararsız bir əşya – adi plastik su şüşəsi aşkarlayıb.
Alıcı kameraların qarşısında bağlamanı açdığı üçün fırıldaqçılıq faktı dərhal rəsmi şəkildə qeydə alınıb və o, malı təhvil almaqdan imtina edib.
Son vaxtlar onlayn ticarət platformalarında bahalı texnoloji avadanlıqların saxtaları ilə əvəzlənməsi fırıldaqları kəskin şəkildə artıb.
Mütəxəssislər bu səbəbdən müştərilərə aldıqları bütün bahalı məhsulları yalnız məntəqədə, kameraların birbaşa nəzarəti altında açmağı tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.аz






