İsrail ordusu Qəzzada HAMAS-ın iki mühüm hərbi rəhbərini MƏHV ETDİbackend

İsrail ordusu Qəzzada HAMAS-ın iki mühüm hərbi rəhbərini MƏHV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzzada HAMAS-ın iki mühüm komandirini zərərsizləşdirdiyini açıqlayıb.

İnterpress.аz xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında keçirilən xüsusi hərbi əməliyyat zamanı HAMAS qruplaşmasının iki mühüm hərbi komandirinin öldürüldüyünü bəyan edib.

Zərərsizləşdirilən şəxslərdən biri “Nuseyrat” batalyonunun snayper qrupunun rəhbəri Əhməd Hişam Mahmud Luh, digəri isə HAMAS-ın bölmə komandiri Mahmud Əli Mahmud Taruşdur.

İsrail hərbi komandanlığının rəsmi məlumatına görə, Taruş 2023-cü il oktyabrın 7-də İsrail ərazilərinə qarşı həyata keçirilən kütləvi hücumların birbaşa və fəal iştirakçısı olub.

Məlumata əsasən, hər iki komandir dəqiq aviasiya zərbələri ilə hədəf alınaraq məhv edilib.

İsrail ordusu Qəzza zolağında HAMAS rəhbərliyinin və hərbi infrastrukturunun tamamilə aradan qaldırılması istiqamətində əməliyyatların davam etdiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.аz