Tayvanda “F-16 Viper” qırıcı təyyarəsi eniş zamanı zolaqdan çıxıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tayvan Hərbi Hava Qüvvələrinə məxsus “F-16 Viper” qırıcı təyyarəsi mürəkkəb və əlverişsiz hava şəraitində eniş edərkən qəzaya uğrayıb.
Təyyarə eniş zolağında sürətini tənzimləyə bilməyərək uçuş-enmə zolağından kənara çıxıb.
Hadisə nəticəsində hərbi təyyarəyə müəyyən dərəcədə ziyan dəydiyi bildirilir. Pilotun ciddi xəsarət alıb-almaması və qəzanın digər təfərrüatları barədə hələlik rəsmi geniş açıqlama verilməyib.
Hazırda hərbi mütəxəssislər tərəfindən hadisə yerində araşdırma aparılır, texniki nasazlıq və ya güclü külək kimi xarici faktorların qəzaya təsir dərəcəsi müəyyənləşdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






