Nepalda hökumət rəsmilərinin 135 rəsmi elektron poçtu SINDIRILDIbackend

Nepalda hökumət rəsmilərinin 135 rəsmi elektron poçtu SINDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda hökumət əməkdaşlarının 135 rəsmi elektron poçt ünvanı sındırılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.

Nepalda hökumət əməkdaşlarına məxsus 135 rəsmi elektron poçt ünvanı haker hücumu nəticəsində sındırılıb. Baş verən bu genişmiqyaslı kiberhücum ölkənin bir çox mühüm məxfi və konfidensial dövlət sənədlərinin kənara sızması ilə nəticələnib.

Hadisədən dərhal sonra ölkə miqyasında dövlət qurumlarını hədəf alan genişmiqyaslı fişinq (phishing) hücumlarının başladığı bildirilir. Kibertehlükəsizlik mütəxəssisləri dövlət elektron poçt sistemlərindəki bu ciddi təhlükəsizlik boşluğunu istifadə olunan proqram təminatının olduqca köhnə və yenilənməmiş olması ilə əlaqələndirirlər.

Məxfi dövlət sənədlərinin sızması rəsmi dairələrdə böyük narahatlığa səbəb olub. Hazırda Nepal təhlükəsizlik orqanları sındırılmış poçtların daxili dövlət şəbəkələrinə zərərli təsirini minimuma endirmək və kibercinayətkarları müəyyənləşdirmək üçün rəsmi araşdırmalara başlayıblar.

Xuraman Etibarlı

İnterpress.аz