Zelenski Ceyhun Bayramovu qəbul edib – FOTObackend

Zelenski Ceyhun Bayramovu qəbul edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Bu, nazirin Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynaya ilk səfəridir”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “X” hesabında yazıb.

Zelenski bildirib ki, Ceyhun Bayramov səfərinə İrpin şəhərindən başlayıb və Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən məktəbə, xəstəxanaya və reabilitasiya mərkəzinə baş çəkib.

“Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə Ukraynaya gələrək bizə dəstək göstərmək imkanı tapdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Xalqımızla həmrəy olduğunuza görə təşəkkür edirəm”, – Zelenski əlavə edib.

Zelenski Azərbaycan XİN rəhbərinə Rusiyanın Ukraynaya qarşı davam edən hücumları, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini blokadaya alması barədə məlumat verdiyini, yüksək səviyyəli diplomatik təmasları, müdafiə sahəsində tərəfdaşlığı, eləcə də energetika, neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığı müzakirə etdiklərini bildirib.

Zelenski sonda Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardımlarına, eləcə də iki ölkə arasında aparılan konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib.

Zelenski Ceyhun Bayramovu qəbul edib - FOTO  - VİDEO Zelenski Ceyhun Bayramovu qəbul edib - FOTO  - VİDEO Zelenski Ceyhun Bayramovu qəbul edib - FOTO  - VİDEO