Moskva metrosunda bloqer yüksək səslə ədəbsiz musiqi səsləndirib və sərnişinlərin şərhlərinə məhəl qoymayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskva metrosunda bloqerin yüksək səslə söyüşlü musiqi səsləndirməsi sərnişinlər arasında narazılığa səbəb olub.
Məlumata görə, bloqer sərnişinlərin iradlarına məhəl qoymayaraq musiqini yüksək səslə dinləməyə davam edib. Nəticədə sərnişinlərdən biri vaqonda kolonkanı sındırıb.
Lakin görüntüləri izləyən sosial şəbəkə istifadəçiləri hadisənin qurama ola biləcəyindən şübhələniblər.
Onlar videoda iştirakçıların reaksiyalarını süni hesab edib və bloqerin yanında ikinci kolonkanın da olduğunu görüblər.
Xuraman Etibarlı
İnterpress.az






