Ufada yaşlı qadın pəncərəsinin altını bağlayan sənaye alpinistini itələməyə çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Ufa şəhərində yaşlı qadın binanın fasadını istiliklə izolyasiya edən sənaye alpinistini itələməyə cəhd edib.
Məlumata görə, qadın alpinistin ayaqlarının pəncərəsinin qarşısında olmasına etiraz edib və onu oradan uzaqlaşdırmağa çalışıb.
Mütəxəssislər binanın sakinlərinin müraciəti əsasında fasadın istilik izolyasiyasını aparırdılar.
Alpinist Rafael Baykov bildirib ki, adətən insanlar onların işini anlayışla qarşılayır, hətta çay və şirniyyat təklif edirlər. O, belə aqressiya ilə ilk dəfə qarşılaşdığını deyib.
Buna baxmayaraq, mütəxəssislər işi başa çatdırıb və yaşlı qadınla nəzakətli davranıblar.
Xuraman Etibarlı
İnterpress.az






