Qaban ovlayan şəxs səhvən bir kişini güllələyərək ÖLDÜRDÜbackend

Qaban ovlayan şəxs səhvən bir kişini güllələyərək ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda qaban ovlayan şəxs səhvən insanı güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dağıstanda qaban ovuna çıxan şəxs ehtiyatsızlıqdan başqa bir kişini güllələyərək öldürüb.

Məlumata görə, üç kişi “Kayakentski” dövlət təbiət qoruğunun ərazisində ov edib.

Ovçulardan biri qabanların ola biləcəyini düşündüyü istiqamətə dörd dəfə atəş açıb, lakin həmin ərazidə insanların olmadığından əmin olmayıb.

Güllələrdən biri kişinin başına dəyib. O, aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az