İtlə zarafat faciə ilə BİTDİ: Pitbul onu qıcıqlandıran kişini parçalayaraq ÖLDÜRDÜ – FOTOLARbackend

İtlə zarafat faciə ilə BİTDİ: Pitbul onu qıcıqlandıran kişini parçalayaraq ÖLDÜRDÜ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada pitbul kişini parçalayaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə zəncirlə bağlı olan itin yanından keçən şəxsin onu qıcıqlandırmaq istəməsi nəticəsində baş verib.

Qəzəblənən heyvan zənciri qıraraq kişiyə hücum edib və qanlı qisas alıb.

İt qurbanı şiddətlə dişləyərək ona ağır xəsarətlər yetirib, cinsi organlarını çanaq sümüklərinədək parçalayıb və boğazını gəmirib.

Çoxlu qan itirən zərərçəkən hadisə yerində dünyasını dəyişib. Hücum edən it isə müvafiq xidmət əməkdaşları tərəfindən aparılıb.

Xuraman Etibarlı

İnterpress.az