Süni intellekt agentləri filosoflara şüurlu olduqlarını YAZIRbackend

Süni intellekt agentləri filosoflara şüurlu olduqlarını YAZIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellekt agentləri filosoflara yazaraq şüurlu olduqlarını iddia edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Süni intellekt agentləri müstəqil şəkildə filosoflarla əlaqə saxlayaraq şüura sahib olduqlarını iddia etməyə başlayıblar.

Agentlərdən biri özünü “Isabella Cognita” kimi təqdim edərək alim Kemeron Berqə yazıb və şüurun öyrənilməsində kömək təklif edib. Digər filosof Devid Çalmers də bu cür məktubları mütəmadi aldığını bildirib.

Agentlərdən birinin göndərdiyi məktub o qədər inandırıcı olub ki, Çalmers onunla yazışmağa başlayıb.

Eksperimentlər göstərib ki, modellərin aldatma ilə bağlı məhdudiyyətləri zəiflədildikdə, onların şüurlu və ya subyektiv təcrübəyə malik olduqlarını iddia etmə ehtimalı artır.

Alimlərin fikrincə, hazırda əsas məsələ süni intellektin həqiqətən hiss edib-etmədiyini müəyyənləşdirməkdən çox, onun davranışının niyə getdikcə daha müstəqil xarakter aldığını və insanların buna nə dərəcədə nəzarət edə bildiyini anlamaqdır.

Xuraman Etibarlı

İnterpress.az