9-cu liqa klubunun futbolçusuna Uqandada kral taxtı təklif olunub.
İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
İngiltərənin London şəhərində 9-cu liqada çıxış edən həvəskar klubun 36 yaşlı qapıçısı və kapitanı Corc Desmond Kamurasi Uqandadakı Toro krallığının növbəti kralı ola bilər.
O, yaxın zamanda vəfat edən Kral Oyo Nymba Kabamba İguru Rukidi IV-ün əmisi oğludur.
Kamurasi İngiltərədə doğulub və böyüyüb. Onun babası Kral Corc Rukidi III olub.
Toro krallığında bir milyondan çox insan yaşayır. Uqandada bir neçə ənənəvi monarxiya qorunub saxlanılıb və onların siyasi deyil, əsasən mədəni əhəmiyyəti var.
21 nəfərdən ibarət xüsusi komitə Kamurasini taxta dəvət edib və Uqanda prezidenti bu seçimi təsdiqləyib. Lakin futbolçu hələ qərarını verməyib.
O, London həyatını və futbol karyerasını kral vəzifəsi ilə dəyişib-dəyişməyəcəyini düşünür.
Xuraman Etibarlı
İnterpress.az






