Qaziantepdə imamın Qəzzaya yardım adı ilə milyonlarla lirə topladığı iddia olunur
İnterpress.az xəbər verir ki, bu barədə “Sözçü” məlumat yayıb.
Qaziantepdə Hacı Əhməd Ziylan adına İslam dini ixtisasları üzrə ixtisasartırma mərkəzində müəllim və imam Ömər F. O.-nun təxminən 70 nəfərdən, o cümlədən kurs dinləyicilərindən Qəzzaya yardım məqsədilə böyük məbləğdə pul topladığı bildirilir.
İddialara görə, din xadimi kart oyunları və sələmçilərə olan borcları səbəbindən maliyyə çətinliyinə düşüb. Hətta silahlı sələmçilərin tədris mərkəzinin ətrafında dolaşdığı da qeyd olunur.
Mənimsənildiyi iddia edilən ianələrin ümumi məbləğinin 40-50 milyon türk lirəsi (təxm. 1,4-1,75 milyon man) olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






