Perm vilayətində 34 yaşlı kişi 19 yaşlı gənci bıçaqlayaraq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Perm vilayətində 34 yaşlı kişinin 19 yaşlı Danili əvvəlki ədavət zəminində öldürdüyü bildirilir.
19 yaşlı Danil Fistinin axtarışı 27 avqustda başlayıb. Həmin gün gənc oğlan evindən çıxıb və yox olub.
Həmin axşam o, anasının zənglərinə cavab verməyi dayandırıb və o vaxtdan bəri ondan xəbər olmayıb.
İtkin düşməsindən 12 gün sonra, 7 sentyabrda gəncin ölü tapıldığı bildirilib.
Hadisə qarajların yaxınlığında baş verib. Mübahisə zamanı 34 yaşlı kişi bıçaq çıxararaq gəncə çoxsaylı zərbələr endirib.
Gəncin meyiti qaraj kooperativinin yaxınlığında aşkarlanıb. Hadisə yaxınları arasında şok yaradıb.
Xuraman Etibarlı
İnterpress.az






