Həkim Saxalindən Moskvaya uçan hərbçinin həyatını təyyarədə xilas edib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Saxalindən Moskvaya uçan təyyarədə hərbçinin səhhəti enişə təxminən beş saat qalmış qəfil pisləşib.
Çuvaşiyadan olan cərrah Cambulat Bayxanov xəstədə kəskin pankreatitdən şübhələnərək digər tibb işçiləri ilə birlikdə təcili yardım göstərib.
Həkim enişə qədər hərbçinin nəbzini və qandakı oksigen səviyyəsini nəzarətdə saxlayıb.
Təyyarə Krasnoyarskda təcili eniş edib və hərbçi reanimasiya briqadasına təhvil verilib.
Xuraman Etibarlı
İnterpress.az






