AMD videokartlarda videoyaddaş sərfiyyatını onlarla dəfə azaltmağı planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Şirkətin yeni Tetrahedral Cages sistemi minimal VRAM sərfiyyatı ilə yüz milyonlarla müstəqil animasiya olunan poliqonun emalı üçün hazırlanıb.
Demo zamanı 25 min animasiyalı bitki obyektləri render edilib. Nəticədə videoyaddaş sərfiyyatı 47 dəfə azalıb, kadr tezliyi isə 90 dəfə artıb.
Xuraman Etibarlı
İnterpress.az






