Kabardin-Balkariyada Dıxtau dağında iki alpinistin meyiti aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Kabardin-Balkariyada Dıxtau dağına qalxarkən həlak olan iki alpinistin meyiti xilasedicilər tərəfindən aşkarlanıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, iki gün öncə Kabardino-Balkariyanın Bezengi dərəsindəki Dixtau dağında iki turist yoxa çıxmışdı.
Regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, xilasedicilər iki gündür onları axtarırdılar.
Xuraman Etibarlı
İnterpress.az






