Ələkbərov ailəsi ilə əlaqəli şirkət elektromobil bazarına YATIRIM ETDİbackend

Ələkbərov ailəsi ilə əlaqəli şirkət elektromobil bazarına YATIRIM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ələkbərov ailəsi ilə əlaqəli “Lukavto” elektromobillərin satışına 1 milyard rubl yatırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Ələkbərov ailəsi ilə əlaqəli “Lukavto” şirkəti elektromobil və hibrid avtomobillərin satışının inkişafına 1 milyard rubl (təxminən 20,2 milyon manat) sərmayə yatırıb.

Məlumata görə, şirkət Zeekr, Lixiang, Lynk & Co, Aito, Xiaomi, Denza və Maextro markalarının avtomobillərini satacaq və onlara texniki xidmət göstərəcək. Avtomobillərin sifarişlə gətirilməsi də planlaşdırılır.

Şirkətin 2025-ci ildə gəliri 5,6 milyard rubl (təxminən 113,1 milyon manat), xalis mənfəəti isə 542,5 milyon rubl (təxminən 11 milyon manat) olub.

“Lukavto”nun 50 faizi Ələkbərov ailəsi ilə əlaqəli “Ekto” şirkətinə, digər 50 faizi isə ailənin strukturları ilə əlaqələndirilən “Strateji İnkişaf Holdinqi”nə məxsusdur.

Məlumata görə, investisiyanın həcmi Ələkbərovun oğlu Yusif Ələkbərov üçün Rusiyaya gətirilən ilk Bugatti Mistral avtomobilinin gömrük rəsmiləşdirilməsi ilə birlikdə 1 milyard rubldan çox olan dəyəri ilə təxminən eynidir.

Xuraman Etibarlı

İnterpress.az