Viktor Orban Ukraynalı inkassatorların saxlanılması işi üzrə istintaqa CƏLB OLUNACAQbackend

Viktor Orban Ukraynalı inkassatorların saxlanılması işi üzrə istintaqa CƏLB OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanda Orbanın Ukraynalı inkassatorların saxlanılması ilə bağlı cinayət işi ilə üzləşə biləcəyi bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Macarıstanda yeni hakimiyyət Viktor Orbanın 16 illik idarəçiliyi dövründə formalaşdığı bildirilən siyasi-korrupsiya sisteminin ləğvinə yönəlmiş “Təmizləyici atəş əməliyyatı” kampaniyasına başlayıb.

Məlumata görə, kampaniyanın ilk nəticələrindən biri keçmiş baş nazir Viktor Orban barəsində Ukraynalı inkassatorların saxlanılması ilə bağlı cinayət işinin başlanması ola bilər.

2026-cı ilin martında Macarıstanda Ukraynanın dövlətə məxsus “Oşçadbank”ına aid inkassator avtomobilləri saxlanılmış, onlardan 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıl götürülmüşdü.

Macarıstanın vergi və gömrük xidməti daha sonra cinayət əlamətləri aşkar etmədiyini bildirərək araşdırmanı dayandırıb.

Xuraman Etibarlı

İnterpress.az