Sürücülük vəsiqəsi olmayan qadın avtomobili çaya aşıraraq HƏYATINI İTİRDİbackend

Sürücülük vəsiqəsi olmayan qadın avtomobili çaya aşıraraq HƏYATINI İTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada sürücülük hüququ olmayan qadın avtomobili çaya aşıraraq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Tümen vilayətində 48 yaşlı qadın sürücülük vəsiqəsi olmadan “Nissan” markalı avtomobili idarə edərkən qəza törədib.

Bildirilib ki, qadın Bolşiye Yarki kəndinə gedən yolda avtomobillə Alabuqa çayına düşüb. Hadisə nəticəsində onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qəza zamanı sərxoş olub-olmadığı ekspertizanın nəticəsindən sonra müəyyənləşəcək.

Məlumata görə, qadın daha əvvəl sərxoş vəziyyətdə olan ərinin avtomobil idarə etməsinə icazə verdiyi üçün inzibati məsuliyyətə cəlb olunub.

Xuraman Etibarlı

İnterpress.az