Rusiyaya təhvil verilən məhbus ÖLDÜRÜLDÜ – Gürcüstandan ekstradisiyaya ETİRAZ backend

Rusiyaya təhvil verilən məhbus ÖLDÜRÜLDÜ – Gürcüstandan ekstradisiyaya ETİRAZ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Rusiyaya ekstradisiyanın dayandırılmasına çağırış edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın “Sosial Ədalət Mərkəzi” məlumat yayıb.

Təşkilat Gürcüstan hökumətini həbsdə olan və axtarışda olan şəxslərin Rusiyaya ekstradisiya edilməsini dayandırmağa çağırıb.

Buna səbəb sentyabrın sonunda Gürcüstan tərəfindən Rusiyaya təhvil verilən 43 yaşlı Dmitri Puşkarovun qaçmağa cəhd zamanı öldürülməsi ilə bağlı məlumatlardır.

Məlumata görə, Dmitri Puşkarov və onun şəriki Korney Fedunov sentyabrın 24-də “Yuxarı Lars” keçid məntəqəsi ərazisində Rusiyaya təhvil veriliblər.

Rusiya Baş Prokurorluğunun məlumatına əsasən, onlar Maqadan yaxınlığında cinayətkar birlik yaratmaq, çətənə yetişdirmək və satmaqda ittiham olunublar. Təqsirləndirilən şəxsləri ömürlük həbs cəzası gözləyə bilərdi.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, oktyabrın 3-nə keçən gecə Vladikavkaz-Adler marşrutu üzrə hərəkət edən qatarın xüsusi vaqonunda Puşkarov tualetə getmək istəyib. Daha sonra onu müşayiət edən konvoy əməkdaşına hücum edərək silahını ələ keçirib və həmin əməkdaşı güllələyib.

Hadisə zamanı daha üç Federal Penitensiar Xidmət əməkdaşının yaralandığı bildirilir. Puşkarovun isə cavab atəşi nəticəsində öldürüldüyü açıqlanıb.

Xuraman Etibarlı

İnterpress.az