Sürücülük vəsiqəsi almaq istəyənlər üçün YENİ QAYDALAR – Hər şey videoya ÇƏKİLƏCƏKbackend

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün YENİ QAYDALAR – Hər şey videoya ÇƏKİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada sürücülük imtahanlarında yeni qaydalar tətbiq olunacaq – namizədlər fasiləsiz çəkiləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada sürücülük vəsiqəsi almaq üçün imtahan verən şəxslərlə bağlı yeni qaydalar qüvvəyə minəcək.

2027-ci il martın 1-dən etibarən imtahanların fasiləsiz videoçəkilişi aparılacaq və namizədlərin fotoşəkilləri çəkiləcək.

Bunun üçün imtahan keçirilən otaqlarda kameralar və mikrofonlar quraşdırılacaq.

Sistem real vaxt rejimində çəkiliş aparacaq, həm imtahan verənlərin, həm də imtahan götürən şəxslərin iş yerlərini qeydə alacaq.

Yeni qaydalara əsasən, tibbi arayış artıq vahid məlumat bazasında mövcuddursa, onu ayrıca təqdim etməyə ehtiyac olmayacaq.

Arayışın müddəti imtahan prosesi zamanı başa çatarsa, namizəd imtahanları davam etdirə biləcək. Lakin sürücülük vəsiqəsi yalnız tibbi sənəd yeniləndikdən sonra veriləcək.

Qeyd olunur ki, yeni qaydaların bir hissəsi artıq mayın 12-dən qüvvədədir. Belə ki, praktik imtahan nəzəri imtahandan ən çoxu 60 gün sonra təyin edilməlidir.

Xuraman Etibarlı

İnterpress.az