Türkiyədə 17 yaşlı məktəbli evində ölü tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Dənizli şəhərində 17 yaşlı lisey şagirdi iki gün məktəbə gəlmədikdən sonra yaşadığı evdə ölü tapılıb.
Məlumata görə, tək yaşayan qızdan xəbər ala bilməyən müəllimlər onun evinə gediblər. Şagird məhz müəllimləri tərəfindən evdə ölü vəziyyətdə aşkarlanıb.
Bildirilir ki, qızın valideynləri işləmək üçün xaricdədirlər.
Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






