Moskvada yol hərəkəti qaydaları testindən keçməyən kuryerlər qeyri-aktiv statusa keçiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyinə Moskva Nəqliyyat və Yol-Nəqliyyat İnfrastrukturunun İnkişafı Departamentinin mətbuat xidmətindən məlumat verilib.
Yeni qaydalara əsasən, kuryerlər yol hərəkəti qaydaları üzrə test suallarının ən azı 80 faizinə düzgün cavab verməlidirlər.
Tələbi yerinə yetirə bilməyənlər “qeyri-aktiv” statusuna keçiriləcəklər.
Testdən uğurla keçən kuryerlərin nəticəsi bir il müddətində qüvvədə olacaq. İmtahan cəhdlərinin sayı məhdudlaşdırılmayıb.
Üç uğursuz cəhddən sonra sistem kuryeri nəzəri materialları yenidən öyrənməyə yönləndirəcək və bundan sonra testdən təkrar keçmək mümkün olacaq.
Xuraman Etibarlı
İnterpress.az






