Universitetdən xaric edilən tələbələrə 5 illik QADAĞA QOYULACAQbackend

Universitetdən xaric edilən tələbələrə 5 illik QADAĞA QOYULACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universitetdən xaric edilən tələbələrin yenidən həmin ali məktəbə qəbulu 5 il müddətinə qadağan ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Təhsil və Elm Nazirliyinin əmr layihəsində qeyd olunub.

Layihəyə əsasən, universitetdən xaric edilən tələbələrin beş il ərzində həmin ali təhsil müəssisəsinə yenidən qəbul olunmasına qadağa qoyulması nəzərdə tutulur.

Hələlik məhdudiyyətin bütün xaric edilən tələbələrə, yoxsa yalnız universitetin təşəbbüsü ilə xaric olunanlara şamil ediləcəyi dəqiqləşdirilməyib.

Xuraman Etibarlı

İnterpress.az