Yaponiya baş naziri bildirib ki, Tokionun Rusiyada casusluq etdiyinə dair fakt yoxdur
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yaponiyanın baş naziri Sanae Takaiçi ölkəsinin Rusiyada casusluq fəaliyyəti həyata keçirdiyinə dair faktların olmadığını bildirib.
Takaiçinin sözlərinə görə, Tokio hələlik irəli sürülən ittihamların təfərrüatlarından xəbərdar deyil.
Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Saxalin vilayətində Yaponiyanın “Hokkaido Shimbun” qəzetinin müxbiri 34 yaşlı İmai Yuki casusluq ittihamı ilə həbs olunub.
Xuraman Etibarlı
İnterpress.az






