Ermənistan Kanadada hərbi attaşe vəzifəsi YARATDIbackend

Ermənistan Kanadada hərbi attaşe vəzifəsi YARATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Kanadadakı səfirliyində hərbi attaşe vəzifəsi təsis edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin qərarı ilə bağlı məlumat yayılıb.

Ermənistan hökuməti ölkənin Kanadadakı səfirliyində hərbi attaşe vəzifəsi təsis edib. Yeni vəzifə ABŞ-dəki hərbi attaşe vəzifəsi ilə birləşdiriləcək.

Hərbi attaşenin 2027-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlaması nəzərdə tutulur. Bunun üçün Kanada tərəfinin razılığı alınmalıdır.

Məlumata görə, Ermənistan Kanadanı ölkə ilə NATO arasında əlaqələrin inkişafı baxımından mühüm körpü hesab edir.

Hərbi attaşe iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı əlaqələndirəcək, həmçinin Ermənistanın NATO ilə tərəfdaşlığı çərçivəsində tədbirlərə dəstək verəcək.

Xuraman Etibarlı

İnterpress.az