Türkiyədə əczaçılıq zavodunda böyük YANĞIN – Əraziyə əlavə qüvvələr CƏLB OLUNDUbackend

Türkiyədə əczaçılıq zavodunda böyük YANĞIN – Əraziyə əlavə qüvvələr CƏLB OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə əczaçılıq zavodunda böyük yanğın baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Oktyabrın 18-də Türkiyənin Kırklareli vilayətinin Vize rayonunda əczaçılıq müəssisəsində güclü yanğın baş verib. Y

anğın saat 16:00 radələrində başlayıb və alov qısa müddətdə zavodun ərazisinə yayılıb.

Hadisə yerinə yanğınsöndürənlər, AFAD-ın xilasetmə qrupları və tibbi briqadalar cəlb olunub. Yaxın vilayətlərdən də əlavə qüvvələr göndərilib.

Son məlumata görə, yanğın nəzarət altına alınıb. Hazırda ərazidə konstruksiyaların soyudulması işləri aparılır.

Yanğının başvermə səbəbi araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az