Saatlarla yataqda uzananlar tənbəl deyil, stresslə mübarizə aparırlar – Psixoloqlarbackend

Saatlarla yataqda uzananlar tənbəl deyil, stresslə mübarizə aparırlar – Psixoloqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlarla yataqda uzanmağı sevənlər tənbəl deyillər; onlar sadəcə stresslə mübarizə aparmağa çalışırlar.

İnterpress.az xəbər verir ki, bu barədə psixoloqların fikirlərinə istinadən məlumat yayılıb.

Psixoloqların fikrincə, saatlarla yataqda uzanmaq həmişə tənbəllik əlaməti deyil. Bu davranış insanın davamlı informasiya axını və stresslə mübarizə üsulu ola bilər.

Yataq bəzi insanlar üçün özlərini təhlükəsiz hiss etdikləri, heç kimin narahat etmədiyi məkana çevrilir.

Məqsədsiz uzanmaq isə bəzən xarici təzyiqdən uzaqlaşmaq və həyat üzərində nəzarət hissini qorumaq cəhdi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az