Sankt-Peterburq yenidən Leninqrad adlandırıla BİLƏRbackend

Sankt-Peterburq yenidən Leninqrad adlandırıla BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqun Leninqrad adlandırılması təklif olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Dövlət Dumasının deputatları Sankt-Peterburq şəhərinin adının Leninqrad olaraq dəyişdirilməsini təklif ediblər.

Təşəbbüsə əsasən, ad dəyişikliyinin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, Volqoqradın Stalinqrad adlandırılması təklifi vaxtaşırı gündəmə gəlsə də, Sankt-Peterburqun Leninqrad adlandırılması təşəbbüsü Dövlət Dumasında ilk dəfə səsləndirilib.

Xuraman Etibarlı

İnterpress.az