Hindistanda motosikletçi polisdən qaçarkən arvadını yolda qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdə məlumat verilib.
Hindistanda dəbilqəsiz motosiklet idarə edən şəxs polis əməkdaşlarının onu saxlamaq cəhdindən yayınmağa çalışıb.
Patruldan yayınmaq üçün kəskin manevr edən sürücünün arxasında oturan həyat yoldaşı müvazinətini itirərək asfaltın üzərinə yıxılıb.
Kişi dayanmaq əvəzinə sürəti artıraraq hadisə yerindən qaçıb. Təəccüblənən polis əməkdaşları yerdə qalan qadına kömək ediblər.
Məlumata görə, qadın xəsarət almayıb və evə buraxılıb.
Xuraman Etibarlı
İnterpress.az






