“Metod” serialının aktyoru Vladislav Toldıkov 65 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi aktyorun ailəsinə istinadən məlumat yayıb.
Sovet və Rusiya aktyoru Vladislav Toldıkov Moskvada onkoloji xəstəlik səbəbindən vəfat edib.
“Metod” və digər ekran əsərlərində rol alan aktyorun ölümünü ailəsi təsdiqləyib. O, oktyabrın 18-də dünyasını dəyişib.
Aktyorun dəfn mərasiminin Moskvadakı Vaqankovo qəbiristanlığında keçirilməsi planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






