Tulada 800 miqranta sənəd düzəltməkdə ittiham olunan dəstə MÜHAKİMƏ OLUNUR – VİDEObackend

Tulada 800 miqranta sənəd düzəltməkdə ittiham olunan dəstə MÜHAKİMƏ OLUNUR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tula şəhərində 800-dən çox miqranta sənəd düzəltməkdə kömək edən dəstə mühakimə olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Tula şəhərində 800-dən çox miqranta sənədlərin hazırlanmasında kömək etdiyi iddia olunan mütəşəkkil dəstə üzvləri məhkəmə qarşısına çıxarılıb.

İş üzrə təqsirləndirilənlər kürsüsündə 20-dən çox şəxs var. Onların arasında keçmiş polis əməkdaşları da yer alır.

İttiham olunanlar arasında Narkotiklərin Dövriyyəsinə Nəzarət İdarəsinin keçmiş rəisi Aleksey Lebedev, Tula vilayəti üzrə Daxili İşlər Nazirliyinin müvəqqəti rəhbəri olmuş Roman Korsakov və əməliyyat işləri üzrə keçmiş rəis müavini Yevgeni Startsev də var.

Müstəntiqlərin sözlərinə görə, 2020-ci ildən 2024-cü ilə qədər onlar saxta sənədlər əldə etmək və Rusiya vətəndaşlığı almaq üçün əcnəbilərdən pul alıblar.

Xuraman Etibarlı

İnterpress.az