German Qref dövlət qulluğundan ayrılmasını həyatının ən böyük hadisələrindən biri adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Sberbank”ın rəhbəri German Qref dövlət qulluğundan ayrılmaq qərarının həyatında böyük hadisə olduğunu etiraf edib.
O bildirib ki, dövlət aparatında işlədiyi müddətdə əlləri yanına düşmüş, daimi depressiya vəziyyətində olan insanlarla tez-tez rastlaşıb.
Qeyd edək ki, German Qref 2000–2007-ci illərdə Rusiyanın iqtisadi inkişaf və ticarət naziri vəzifəsində çalışıb.
Hazırda o, ölkənin ən böyük banklarından biri olan “Sberbank”a rəhbərlik edir.
Xuraman Etibarlı
İnterpress.az






