Keniyada tikilməkdə olan çoxmərtəbəli bina uçub.
İnterpress.az xəbər verir ki, bu barədə “The Star” nəşri məlumat yayıb.
Keniyada tikintisi davam edən çoxmərtəbəli bina uçub. Hadisə yerində xilasetmə işləri aparılır.
Nəşrin məlumatına görə, xilasetmə əməkdaşlarının işinə mane olan izdihamı dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.
Hadisə nəticəsində ölən və xəsarət alanların sayı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






