Rusiyada müəllimini qətlə yetirən yeniyetmə 6 il müddətinə koloniyaya məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiyanın Perm diyarında müəllimini öldürən yeniyetmə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2026-cı il aprelin 7-də Dobryanka şəhərindəki 5 nömrəli məktəbin girişində baş verib.
Yeniyetmə sinif rəhbəri, rus dili və ədəbiyyat müəllimi Olesya Baqutaya bıçaqla hücum edib.
Ağır xəsarətlər alan müəllimə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xuraman Etibarlı
İnterpress.az






