Ömürlük həbsdə olan “İvolqa cəlladı” daha bir qadının qətlini ETİRAF ETDİ – VİDEObackend

Ömürlük həbsdə olan “İvolqa cəlladı” daha bir qadının qətlini ETİRAF ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İvolqa cəlladı” daha bir qadını öldürdüyünü etiraf edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

Rusiyada “İvolqa cəlladı” ləqəbi ilə tanınan Keqaşbek Orunbayev daha bir qadının qətlini törətdiyini etiraf edib.

İstintaq Komitəsinin məlumatına görə, bundan əvvəl onun hesabında səkkiz qurban olub.

Orunbayev əvvəllər məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib.

O, hazırda “Qara delfin” adlı xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir.

Kişi bu ləqəbi cinayətlərinin bir hissəsini Buryatiyanın eyniadlı rayonunda törətdiyinə görə alıb.

Xuraman Etibarlı

İnterpress.az