Yaşıdını çəkiclə öldürən yeniyetməyə 5 il HƏBS VERİLDİbackend

Yaşıdını çəkiclə öldürən yeniyetməyə 5 il HƏBS VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yakutiyada yaşıdını çəkiclə öldürən 17 yaşlı yeniyetməyə 5 il həbs cəzası verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiyanın Yakutiya bölgəsində 17 yaşlı yeniyetmə yaşıdını öldürdüyünə görə beş il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın məlumatına görə, hadisə mayın 30-da Aldan şəhərindəki pizzaxanalardan birinin yardımçı otağında baş verib.

Təqsirləndirilən şəxs şəxsi ədavət zəminində yaşıdının başına və bədəninə çəkiclə azı 16 zərbə endirib. Zərərçəkən hadisə yerində ölüb.

Məhkəmədə yeniyetmə təqsirini qismən etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az