Yanacaq xərcləri ARTDI – Dünya səyahətinə çıxan sərnişinlər Kambocada QALDIbackend

Yanacaq xərcləri ARTDI – Dünya səyahətinə çıxan sərnişinlər Kambocada QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanacağın bahalaşması dünya səyahətinə çıxan kruiz sərnişinlərini Kambocada ilişdirib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Dünya səyahətinə çıxan Villa Vie Odyssey kruiz laynerinin sərnişinləri yanacağın qiymətinin artması səbəbindən Kambocada qalıblar.

Gəmiyə xidmət göstərən şirkətin nümayəndələrinin sözlərinə görə, bir kayutaya düşən aylıq yanacaq xərcləri 1,8 min dollardan 8 min dollara yüksəlib.

Sərnişinlər sahilə endirilib. Onların Kambocada hansı şəraitdə yerləşdirildiyi barədə isə hələlik məlumat verilmir.

Xuraman Etibarlı

İnterpress.az