NASA-nın Swift kosmik rəsədxanası Yer atmosferində YANDIbackend

NASA-nın Swift kosmik rəsədxanası Yer atmosferində YANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA-nın Swift kosmik rəsədxanası orbitdən çıxaraq Yer atmosferində yanıb.

İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, ABŞ-nin Swift kosmik rəsədxanası orbitdən çıxaraq Yer atmosferinə daxil olub və tamamilə yanıb.

NASA teleskopu 2004-cü ildə orbitə çıxarmışdı. Onun əsas missiyası qamma-şüa partlayışları (qamma-vzryvlar) kimi tanınan kosmik hadisələri qeydə almaq olub.

Sonrakı illərdə isə rəsədxana digər astronomik müşahidələr üçün də istifadə edilib.

Swift uzun illər ərzində kainatdakı yüksək enerjili hadisələrin öyrənilməsinə töhfə verib.

Xuraman Etibarlı

İnterpress.az