Sankt-Peterburqda kriptotreyderi qaçıraraq 70 min dollar ALDILARbackend

Sankt-Peterburqda kriptotreyderi qaçıraraq 70 min dollar ALDILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər kriptotreyderi qaçıraraq ondan 70 min dollar alıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə zamanı altı nəfər özlərini polis əməkdaşı kimi təqdim edərək 24 yaşlı kriptovalyuta treyderini qaçırıblar.

Onlar gənci 70 min dollar (təxminən 120 min manat) məbləğində kriptovalyutanı öz hesablarına köçürməyə məcbur ediblər.

Məlumata görə, qaçırılmadan bir qədər əvvəl gənc kriptovalyuta sahəsində əldə etdiyi uğurlarla tanışlarından birinə öyünüb. Bu məlumatın cinayətkarların diqqətini cəlb etdiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar altı şübhəlinin hamısı saxlanılıb. Onların üzərində və evlərində aparılan axtarışlar zamanı 10 milyon rubldan (təxminən 200 min manat) çox nağd pul müsadirə edilib.

Xuraman Etibarlı

İnterpress.az