Rusiyada pizza QADAĞAN OLUNACAQbackend

Rusiyada pizza QADAĞAN OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada pizzanın satışının və “pizza” sözünün qadağan edilməsi təklif olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada pizzanın İtaliyada icad edildiyi və bu ölkənin “qeyri-dost dövlət” hesab olunduğu əsas gətirilərək onun qadağan edilməsi təklif edilib.

Aktivist Borodin pizzanın məktəblərdə satışının dayandırılmasını, həmçinin “pizza” sözünün və bu sözdən yaranan digər ifadələrin qanunvericilik səviyyəsində qadağan olunmasını tələb edib.

O, pizza əvəzinə piroqlar, kulebyaklar, kurniklər, rassteqaylar və üçbucaq formalı milli tatar yeməyi olan üçpoçmağın istehlakını təklif edib.

Rusiya Prezidentinin müşaviri Yampolskaya da bu təşəbbüsü dəstəkləyib.

O, pizzanın uşaqlar və yeniyetmələr üçün faydalı qida olmadığını əsas gətirərək onun məktəb menyusundan çıxarılmalı olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az