Marketdə xidmət göstərən iki robot tənbəlliyə görə işdən ÇIXARILDIbackend

Marketdə xidmət göstərən iki robot tənbəlliyə görə işdən ÇIXARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində supermarketdə sınaq müddətində olan iki robot tənbəllik və zəif iş göstəricilərinə görə işdən çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

“Agibot” şirkəti Çindəki supermarketlərdən birində 24 saatlıq növbəyə altı ədəd G2 humanoid robot göndərib.

Onlardan dördü tapşırıqların öhdəsindən uğurla gələrək təxminən 2 min işi yerinə yetirib və daimi işçi statusuna yüksəldilib.

Digər iki robot isə sınaq müddətini uğurla başa vura bilməyib. Təmizliklə məşğul olan robot vedrəyə görə hərəkət marşrutundan yayınıb.

Rəfləri yoxlamalı olan digər robot isə kifayət qədər təşəbbüs göstərməməkdə və həvəssiz işləməkdə günahlandırılıb.

Hər iki robot müşahidə qrupuna göndərilib. Onlara yenidən sınaqdan keçmək imkanı veriləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az