Avropa kosmik aparatı təhlükəli asteroidə ÇATDI – Məqsəd Yer kürəsini QORUMAQDIRbackend

Avropa kosmik aparatı təhlükəli asteroidə ÇATDI – Məqsəd Yer kürəsini QORUMAQDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın Hera kosmik aparatı təhlükəli asteroidə çatıb – Yer kürəsini qorumaq üçün araşdırma başlayır.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Avropa Kosmik Agentliyinin (ESA) “Hera” kosmik aparatı noyabrın 4-də Yerdən təxminən 195 milyon kilometr məsafədə yerləşən Didimos ikili asteroid sisteminə çatıb.

Missiyanın əsas məqsədi asteroidlərin hərəkət trayektoriyasını dəyişdirməyin mümkünlüyünü araşdırmaq və gələcəkdə onların Yerlə toqquşmasının qarşısını almaq üçün texnologiya hazırlamaqdır.

Araşdırma 2022-ci ilin sentyabrında NASA-nın “DART” aparatının Dimorf asteroidinə qəsdən çırpılması ilə başlayıb.

Təxminən saatda 22 min kilometr sürətlə baş verən toqquşma nəticəsində asteroidin Didimos ətrafındakı orbitinin müddəti 33 dəqiqə azalıb.

Bu dəyişiklik alimlərin gözlədiyindən daha böyük olub. İndi “Hera” asteroidin kütləsini, quruluşunu və tərkibini öyrənərək zərbənin nəticələrini araşdıracaq.

Missiyanın xüsusiyyətlərindən biri aparatın avtonom naviqasiya qabiliyyətidir. O, görüntüləri müstəqil təhlil edə, kraterləri və daşları tanıya, kosmosdakı mövqeyini müəyyənləşdirə və texniki nasazlıqları izləyə bilir.

Dimorf asteroidinin ilk ətraflı görüntülərinin noyabrın 25-də təqdim olunması gözlənilir.

Alimlər bu missiyanın nəticələrinin gələcəkdə Yer kürəsini təhlükəli kosmik cisimlərdən qorumaq üçün istifadə ediləcəyinə ümid edirlər.

Xuraman Etibarlı

İnterpress.az