ABŞ-li politoloq Con Varoli Putindən Rusiya vətəndaşlığı almaq üçün kömək istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə o, TASS agentliyinə açıqlamasında bildirib.
Varolinin sözlərinə görə, Rusiya vətəndaşlığını almaq üçün rəsmi proses hələ başlamayıb, hazırda bununla bağlı sənədlər toplanır.
O, Rusiya prezidentinə və rəsmilərinə bu prosesdə kömək göstərilməsi üçün müraciət edib.
Politoloq bildirib ki, on ildən artıqdır Rusiyanı açıq şəkildə dəstəkləyir və Rusiya mediası ilə sıx əməkdaşlıq edir.
Onun iddiasına görə, məhz bu səbəbdən ABŞ-də təqib olunur.
Xuraman Etibarlı
İnterpress.az






