Qandonduran OLAY: Əvvəl sevgilisini öldürüb paylaşım etdi, sonra özünü GÜLLƏLƏDİ – FOTObackend

Qandonduran OLAY: Əvvəl sevgilisini öldürüb paylaşım etdi, sonra özünü GÜLLƏLƏDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada keçmiş sevgilisini öldürüb meyitini sosial şəbəkədə paylaşan şəxs intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada 38 yaşlı Dmitri adlı şəxs 28 yaşlı keçmiş sevgilisi Anastasiyanı onun öz mənzilində amansızlıqla qətlə yetirib.

Qadının boğaz nahiyəsinə bir neçə bıçaq zərbəsi endirən qatil cinayəti törətdikdən dərhal sonra meyitin şəklini mərhumun öz sosial şəbəkə hesabında “hekayə” (story) bölməsində paylaşıb.

Dəhşətli hadisədən sonra “Vıstrel” adlı atıcılıq klubuna gedən şəxs orada silahla başına atəş açıb və ağır yaralı vəziyyətdə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Məlum olub ki, qumar asılılığı olan Dmitri çoxsaylı kreditlər götürüb və əvvəllər narkotik maddələrlə bağlı məhkumluq həyatı yaşayıb.

Qətlin ilkin olaraq qısqanclıq zəminində törədildiyi ehtimal edilir. Faktla bağlı istintaq aparılır.

Xuraman Etibarlı

İnterpress.az