Bir fotoya hərbi sirri satan zabit HƏBS EDİLDİbackend

Bir fotoya hərbi sirri satan zabit HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan HHQ zabiti intim fotoya görə məxfi sənədi sızdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Hindistan Hərbi Hava Qüvvələrinin zabiti çılpaq qadın fotosu qarşılığında məxfi hərbi sənədin bir səhifəsini kənar şəxsə ötürdüyünə görə həbs edilib.

İlkin ehtimala görə, ona həmin şəkli göndərən şəxs Pakistan kəşfiyyatının əməkdaşı olub.

Fotonu qəbul etdikdən sonra məxfi sənədin fotosunu qarşı tərəfə yollayan zabit mübadiləni davam etdirməyi təklif edərək, hər yeni açıq-saçıq şəkil üçün daha bir səhifə gizli məlumat verəcəyini bildirib.

Qanunsuz fəaliyyəti aşkar edilən hərbçi dövlət sirrini yaymaq və vətənə xəyanət ittihamı ilə saxlanılaraq həbs olunub.

Xuraman Etibarlı

İnterpress.az