Evləri qarət edən 60 meymun “HƏBS EDİLDİ” – VİDEObackend

Evləri qarət edən 60 meymun “HƏBS EDİLDİ” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CAR-da sakinləri bezdirən 60 babuinin “həbs edilməsi” qərara alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə CAR mediası məlumat yayıb.

Cənubi Afrika Respublikasının Saymonstaun şəhərində illərdir yerli sakinlərin dincliyini pozan 60 babuin meymununun təcrid olunması qərara alınıb.

Şəhəri təşvişdə saxlayan bu meymunlar mütəmadi olaraq fərdi evlərə soxulur, şüşələri sındırır, ərzaqları oğurlayır və zibil qablarını dağıdaraq ətrafa ciddi ziyan vururlar.

Vəziyyətin qarşısını almaq üçün meymunlara elektrik çəpərləri ilə əhatələnmiş xüsusi qorunan ərazi ayrılacaq.

Eyni zamanda heyvanların sayını növbəti 20–30 il ərzində təbii yolla azaltmaq məqsədilə erkək fərdlərin sterilizasiya edilməsi nəzərdə tutulub.

Xuraman Etibarlı

İnterpress.az