Tailandda həmyerlisini öldürüb hissələrə ayıran iki rusiyalıya ömürlük həbs cəzası verilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Tailandın Pattaya məhkəməsi 30 yaşlı Mixail Yemelyanovu qətlə yetirməkdə təqsirli bilinən iki Rusiya vətəndaşı barəsində ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Məhkumlar cinayət məsuliyyətindən yayınmaq məqsədilə qurbanlarını öldürdüklərini, meyitini hissələrə ayıraraq gizlətdiklərini etiraf ediblər.
Mərhumun anasının bildirdiyinə görə, məhkəmə prosesi zamanı qatillər üçün edam cəzası və ya ömürlük həbs ehtimalları nəzərdən keçirilib.
O, iki təqsirləndirilən şəxs barəsində çıxarılan ömürlük həbs qərarını yerli həbsxana şəraiti baxımından ölüm cəzasından da ağır cəza kimi qiymətləndirib.
Xuraman Etibarlı
İnterpress.az






