İnterpress.az xəbər verir ki, nəticədə azı 12 nəfər həlak olub, 10 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyəti ağırdır.
Məhəmməd peyğəmbərin karikaturalarını yayınladığı üçün dəfələrlə təhdid edilən dərgi polis tərəfindən qorunub. 2013-cü ildə dərgi “Həzrəti Məhəmmədin həyatı” adlı əlavə çıxarıb.
Jurnalın ofisinə hücum edənlər 2 nəfər olub. Onlar qaçaraq polis maşınına da hücum edib. Hadisə ilə bağlı hələlik heç kəs saxlanılmayıb.
İnterpress.az