Təlimlərin ssenarisinə əsasən düşmənin möhkəmləndirilmiş müdafiə xətti üç dalğadan ibarət atəş zərbəsi ilə yarılıb.
Birinci mərhələdə şərti düşmənin mövqelərini quru qoşunlarının bütün növ artilleriyası və tankları vurub. Ardınca hərbi hava qüvvələri döyüşə girib və düşmənin müdafiə xəttindəki qüvvələrə, digər hədəflərə zərbələr endirib.
Ardınca yenidən artilleriya və tanklar işə düşüb. Müdafiə Nazirliyi təlimlərin gedişinə dair videoicmal yayıb. Həmin kadrları təqdim edirik.
İnterpress.az